Şou-biznes

“Bozbaş Pictures"in Şirini bacısından niyə imtina edib? - VİDEO

26 Yanvar 2022 13:56
2 Şərh     Baxış: 7 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bizimmediaya istinadla məşhur aktyorun mətbuatdan gizli bacısının həyat hekayəsini təqdim edir:

Nuridə Qasımovanın dediyinə görə, onun anası Nurcahan xanım 1993 - cü ildə Rauf Məhərrəmovla aliə həyatı qurub .

Bu nigahdan onların bir qız övladı dünyaya gəlib. Qiz övladının adını Nuridə qoyublar. Nuridənin 4 yaşı olanda atası ilə anası ayrılıb. Ayrılıqdan sonra Nuridə anası ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köcüb orada yaşayıblar. On iki ildən sonra Bakıya qayıdanda artıq vəziyyətin başqa cür oldugunu soyləyən Nuridə xanım, ata nənəsinin məsləhəti ilə atası Rauf bəyin digər xanımından olan oglu və qızı ilə tanış olduqlarını söyləyir.

Həmin günləri danışarkən Nuridə xanım qardaşına olan həsrətini gizlədə bilmir, xatirələrini yad etdikcə kövrəlir.

Bildirib ki, indi Nicat ondan küsüb, yaxına qoymur:

"Çox peşimanam, üzr istəmişəm, bağışlamağını xahiş etmişəm. Amma Nicat barışmır mənimlə".

Nuridə Qasımova yalnızlıqdan yoruldugunu, 7 yaşlı oglunun isə dayıya ehtiyacı oldugunu, dayısını televizordan izləyərək nə zaman dayısı ilə görüşəcəyini soruşdugunu söyləyir. 

Nuridə xanım bir çox mətləblərə aydınlıq da gətirib.

Bacısının durumu, arzusu ilə bağlı Nicat Rəhimova fikrilərimiz çatdırmaq üçün onunla əlaqə saxlamağa çalışdıq. Amma aktyorla heç cür əlaqə yarada bilmədik. Məsələ ilə bağlı Nicart Rəhimovun da fikirlərini öyrənməyə hazırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.