Şou-biznes

Oğlu intihar edən müğənni özünü öldürmək istədi - FOTO

16 Yanvar 2022 15:15
1 Şərh     Baxış: 2 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnorun 17 yaşlı oğlu intihar etdikdən sonra sənətçi də özünü öldürmək qərarına gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə o sosial şəbəkədə yazıb. Onun bu sözlərindən sonra polisə gətirilən ifaçının ifadəsi alınıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda psixoloji vəziyyəti ağır olan Şineydin bir müddət xəstəxanada qalacağı deyilir.

Qeyd edək ki, Şineydin oğlu Neviim də bir müddət öncə müalicə olunmaq üçün klinikaya yerləşdirilsə də, oradan qaçmışdı. Bundan sonra ifaçı sosial şəbəkə hesablarında onun itkin düşməsi ilə bağlı axtarış elan etmişdi. Yanvarın 8-də isə Neviimin cəsədi polis tərəfindən aşkarlanmışdı.

Xatırladaq ki, Şineyd özü də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara cəhd edib. O, 2018-ci ildə İslam dinini qəbul edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.