Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest yeni sevgilisi ilə görüntülənib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 44 yaşlı reperin 31 yaşlı aktrisa Culiya Foksla münasibətdə olduğu iddia olunub. Cütlük ötən gün Nyu-Yorkda birlikdə olarkən paparatsilərin obyektivinə tuş gəlib.
Qeyd edək ki, bir müddət əvvəl reperin model Vinetria ilə görüşdüyü deyilirdi.
Milli.Az