Şou-biznes

Nadir gəlini haqda: "Sən qızımsan, oğlum kürəkənimdir"

4 Yanvar 2022 14:22
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəlinim deyir, fəxr edirəm ki, mənim cavan qayınanam, qayınatam var. Qayınatam pozitivdir, mənimlə çərçivədə zarafatlaşır. Ona deyirəm ki, sən qızımsan, oğlum kürəkənimdir".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramında deyib. Dekabrın 20-də oğlu Loğmana toy edən sənətçi məclisdə göz yaşlarına hakim ola bilməməsinin səbəbini açıqlayıb:

"Kövrəldim, illərin əziyyəti, yükü bir az boşaldı. Toy etmək çətindir, məsuliyyətlidir. Məclisdən sonra normal yatmağa başladım. O vaxta qədər dərmanla yatırdım. Yuxular görürdüm, soyuq tərlə oyanırdım. Fikirləşirdim ki, necə olacaq? Şükür Allaha ki, hər şey gözəl oldu".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.