Şou-biznes

İki mükafat qazanan Müge Anlı göz yaşlarına boğuldu - VİDEO

6 Dekabr 2021 12:06
0 Şərh     Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün baş tutan 47-ci "Altın Kelebek" mükafatlandırma mərasiminə aparıcı Müge Anlı damğa vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  "Ən yaxşı gündüz proqramı" və "Ən yaxşı qadın aparıcı" nominasiyalarında qalib olan Anlı səhnədə duyğulu anlar yaşayıb. Gözləri dolan aparıcı bir neçə dəqiqə danışmaqda çətinlik çəkib. Göz yaşları içində danışan Anlı bunları deyib:

"İçimdəki kəpənəkləri hərəkətə gətirən "Altın Kelebek" həyəcanını mənə yaşadan, 14 ildir mənimlə addımlayan hər kəsə təşəkkür edirəm. Bir ovuc dostumla çıxdığım bu yolda milyonlarla adsız qəhrəman mənimlə yol getdi. Pis insanlarla eyni hava ilə nəfəs almaq istəmirdik. Həyat yoldaşlarının, uşaqların göz yaşlarını qurutduq. Sevgi evləri qurduq, onlarla insana kömək etdik, ən gözəli isə bunları birlikdə etdik. Hər gün şükür edirdim və geriyə dönüb baxdığımda "yaxşı ki" deyirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.