Seriallar

Nejat İşler də “Çukur”dan getdi

27 Yanvar 2021 15:08
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Show TV-də yayımlanan məşhur "Çukur" serialında ayrılıq yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa İrem Sakdan sonra Çağatay Erdenet obrazını canlandıran aktyor Nejat İşler də ekran işindən ayrılıb.

O, ssenariyə uyğun olaraq serialda öldürülüb və tamaşaçılarla vidalaşıb. Bu barədə "Çukur"un rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

"Çağatay, bir şeyi unutmusan, Koçovalılar heç vaxt unutmayacaq. Cengiz, Arık və Ogedaya salam deyin. Əlvida Çağatay. Nejat İşlerə təşəkkür edirik", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, reytinqli layihədə Aras Bulut İynemli, Erkan Kolçak Köstendil, Necip Memili, Rıza Kocaoğlu və Perihan Savaş kimi populyar simalar yer alıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.