Rusiya

BİR AİLƏ FACİƏSİ: 4 uşaq valideynlərilə birgə yandı

22 May 2021 10:25
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Udmurtiya Respublikasında 4-ü uşaq olmaqla bir ailənin bütün üzvləri yanaraq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Udmurtiya Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğın Nylqa kəndində fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi zamanı 1, 8, 11 və 12 yaşlarında iki oğlan və iki qızın, habelə valideynlərin - 36 yaşlı atanın, 32 yaşlı ananın cəsədləri tapılıb. 

Ev tamamilə yandığı, dam örtüyünün çökdüyü bildirilib. 

Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.