Rusiya

Putin Ukrayna əsgərləri ilə bağlı tapşırıq verdi

26 Oktyabr 2025 15:53
Baxış: 675
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin birləşmiş qoşun qruplaşmasının idarəetmə məntəqəsini ziyarət edərək, Baş Qərargah rəisi Valeri Gerasimov və ön cəbhə komandanları ilə müşavirə keçirib.

Milli.Az xəbər verir ki, Gerasimovun hesabatına əsasən, Kupyansk istiqamətində 5 minə, Pokrovsk istiqamətində isə 5,5 minə yaxın Ukrayna hərbçisi mühasirədədir.

Putin Ukrayna hərbçilərinin təslim olması üçün təhlükəsiz şərait yaradılmasını və insan itkilərinin minimuma endirilməsini tapşırıb. O, "Rusiya ordusu hər zaman düşmənə mərhəmətlə yanaşıb, bu prinsipi qorumaq lazımdır", - deyib.

Eyni zamanda prezident Gerasimova əmr verib ki, mühasirədə qalan Ukrayna əsgərləri arasında əsassız itkilərin qarşısı alınsın.

Putin çıxışında həmçinin vurğulayıb ki, Rusiya nüvə qüvvələri dünyanın ən yüksək səviyyəsindədir və "nüvə qalxanı" tam etibarlılığını təsdiqləyib.

Prezident əlavə edib ki, "Burevestnik" adlı nüvə mühərrikli qanadlı raketin sınaqları uğurla başa çatıb, bu silah "dünyada analoqu olmayan unikal inkişaf" kimi qiymətləndirilir. /Musavat.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.