Dünya

Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır

8 Fevral 2026 21:25
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldova 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsini təklif edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüs ölkənin İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Mişel İliyev tərəfindən "Süni intellektdən təhlükəsiz istifadə edək" milli kampaniyasının başlanması zamanı irəli sürülüb.

Ölkənin hakimiyyət orqanlarının fikrincə, belə bir tədbir uşaqların rəqəmsal asılılığı, onların zərərli məzmuna məruz qalması, yetkinlik yaşına çatmayanların süni intellektdən nəzarətsiz istifadə etmələri ilə əlaqədar qəbul edilməlidir.

Xatırladaq ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşından kiçik şəxslər üçün sosial şəbəkədən istifadəni qadağan edən ilk ölkə olmuşdu./"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.