Ölkə

“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

8 Fevral 2026 18:19
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Neftçi" və "Qarabağ" komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.

Milli.Az "Qafqazinfo" xəbər verir ki, "Neftçi"nin 2:0 qələbəsi ilə başa çatan matça "Qarabağ"ın azarkeşləri buraxılmayıb.

Onların matça buraxılmamasının səbəbi bəlli deyil.

Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda "Qarabağ" azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də "Neftçi" tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.

Qeyd edək ki, həmin qarşılaşmada "Qarabağ" rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.