"Epşteyn sənədləri"ndə 2 azərbaycanlının da adı var - Biri keçmiş nazir, biri deputatdır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər dünya mediasında müzakirə olunmaqda davam edir.
Minlərlə səhifədən ibarət materiallarda Epşteynin müxtəlif ölkələrdə siyasi və ictimai dairələrlə mümkün əlaqələri, səfər planları və təşkilati yazışmaları yer alır. Xəbər verdiyimiz kimi, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də diqqət çəkir.
Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, Epşteyn sənədlərində yer alan məlumatlara əsasən, 2014-cü ildə ABŞ Konqres üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri üçün hazırlanan gündəlikdə bir sıra azərbaycanlı rəsmi şəxslərin adları qeyd olunub. Sənədlərdə göstərilir ki, səfərin gündəliyi "Humpty Dumpty Institute" (HDİ) tərəfindən hazırlanıb. İnstitutun rəhbəri Cozef Merantedir və bu ad Epşteynə aid e-maillərdə keçən adlarla uyğunluq təşkil edir.
HDİ-nin rəsmi saytında yayımlanan məlumata görə, səfər "AzPod" şirkəti ilə birgə təşkil olunub. Gündəlikdə ABŞ Konqres nümayəndələrinin Bakıda bir sıra rəsmi və ictimai şəxslərlə görüşləri nəzərdə tutulub. Həmin siyahıda sabiq xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, Milli Məclisin deputatı Jalə Əliyeva və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da adları yer alır.
Açıqlanan sənədlərdə Jalə Əliyevanın adı ABŞ Konqres nümayəndə heyətinin Bakıda görüşəcəyi rəsmi şəxslər sırasında göstərilir. Məlumatlara görə, bu qeyd səfərin rəsmi proqramı çərçivəsində yer alıb. Hazırda sənədlərdə Jalə Əliyevanın Cefri Epşteynlə şəxsi və ya birbaşa əlaqəsinə dair konkret iddia və ya hüquqi fakt təqdim edilmir.
Ziya Məmmədovun adı isə həmin dövrdə keçirilən görüşlər və səfərin təşkilinə dair qeydlərdə çəkilir. Sənədlər və açıq mənbələrdə onun Epşteynlə birbaşa təması barədə açıq sübut yer almasa da, ABŞ nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı materiallarda sabiq nazirin adı kontekstual şəkildə qeyd olunur. Sənədlərdə Epşteynin bu səfərin təşkili və ya nümayəndə heyətinin formalaşdırılmasında birbaşa iştirak edib-etmədiyi açıq şəkildə göstərilmir.
Lakin HDİ rəhbərinin adı ilə Epşteyn yazışmalarında keçən adların üst-üstə düşməsi və institutun bu səfərdə əsas təşkilatçı kimi göstərilməsi müzakirələrə səbəb olub. Qeyd olunur ki, sənədlərdə adı keçən şəxslərin siyahısı ittiham və ya hüquqi məsuliyyət anlamına gəlmir və daha çox səfər proqramları, görüş qeydləri və təşkilati məlumatlar xarakteri daşıyır. Hazırkı mərhələdə bu adların sənədlərdə yer alması rəsmi ittiham kimi qiymətləndirilmir, lakin Epşteyn işi ətrafında açıqlanan materiallar fonunda məsələ ictimai diqqət mərkəzində qalmaqda davam edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
Bayram Səfərovun bacısı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin olundu - (Foto)
-
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat etdi
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
-
TikTok-da ilmə-ilmə yaşadılan Azərbaycan xalçaçılığı
XƏBƏR LENTİ
-
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
Ərdoğanın Peterə hədiyyə etdiyi həmin tapança - FOTO
-
Bayram Səfərovun bacısı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin olundu - (Foto)
-
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat etdi
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
-
Mbappedən dünya çempionatında yeni rekord
-
TikTok-da ilmə-ilmə yaşadılan Azərbaycan xalçaçılığı
-
Aparıcı Mətanətdən efirdə maraqlı jest: Xalq artistinin bacısına bahalı üzüyünü hədiyyə etdi - (Video)
-
Xaricdə təhsil almaq istəyənlərə vacib xəbərdarlıq
-
"Porsche"nin satışları kəskin azaldı
-
"Manato" borca görə hicablı qadının hicabsız fotosunu yayıb - İddia
-
İran ərəb ölkəsini hədələdi: Vuracağıq!
-
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
-
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
-
Xalq artisti: "Xanımıma 50 min dollara qızıl almaq mənim üçün asandır" - (Video)
-
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH
-
“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alındı
-
Kəlbəcərdə iki mina partladı
-
Generala yüksək vəzifə verildi
-
Dünya çempionatının finalında ilk yaşanacaq
-
Talaçay daşdı, kəndə gedən yol yararsız vəziyyətə düşdü





