Mbappe PSJ-dən 6 milyon tələb edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
PSJ ilə onun keçmiş hücumçusu Kilian Mbappe arasındakı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub. Məhkəmə icraçısı Paris klubunun baş qərargahı olan "Factory"yə gələrək, təxminən 6 milyon avro məbləğində ödəniş tələbi təqdim edib. Sözügedən məbləğin Mbappeyə məxsus olduğu və ödənişli məzuniyyətlərə, eləcə də faizlərə uyğun gəldiyi bildirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu addım dekabrın sonunda əmək mübahisələri üzrə məhkəmənin qərarından sonra atılıb. Həmin qərara əsasən, PSJ Kilian Mbappeyə klubda çıxış etdiyi dövrdə ödənilməmiş maaşlar və mükafatlar üçün ümumilikdə 60,9 milyon avro ödəməli idi. "L'Équipe" nəşrinin məlumatına görə, Paris klubu 55 milyon avronu ödəsə də, qalan 5,9 milyon avro hələ də köçürülməyib.
Məhkəmənin müvəqqəti icra qərarına baxmayaraq, bu məbləğin ödənilməməsi Mbappe tərəfini icra məmuru vasitəsilə hərəkətə keçməyə vadar edib. PSJ-nin tələbi yerinə yetirməsi üçün səkkiz gün vaxtı var. Əks halda, məbləğin birbaşa klubun bank hesablarından tutulması riski yaranır.
Paris-Sent-Jermen rəhbərliyi isə verdiyi açıqlamada maaş və mükafatların tam ödənildiyini bildirib və qalan məbləğlə bağlı danışıqların davam etdiyini vurğulayıb. Lakin Mbappe bu versiyanı təkzib edir. Klub fevralın 19-dək apellyasiya şikayəti verə bilər.
Mbappe ilə PSJ arasındakı qarşıdurma yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Hazırda "Real Madrid"in formasını geyinən futbolçu daha əvvəl də keçmiş klubuna qarşı mənəvi təzyiq (psixoloji zorakılıq) iddiası ilə məhkəmə prosesi başladıb. İddiaların mərkəzində 2023-cü ilin yayında Mbappenin komandanın əsas heyətindən kənarlaşdırılaraq "loft" adlanan qrupda saxlanılması dayanır. Futbol dünyasında mübahisəli hesab edilən bu praktika bəzi oyunçuların əsas heyətdən təcrid olunmasını nəzərdə tutur.
Həmin vaxt dünya çempionu olan hücumçu hüquqi gərginliyi azaltmaq və diqqətini yalnız meydandakı çıxışına yönəltmək üçün bu şikayətdən imtina etmişdi. Kilian Mbappe PSJ ilə münasibətlərində sonuncu və həlledici bir hüquqi mübarizə aparmaq niyyətindədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
"Mançester Siti"də böyük təmizlik
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





