Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni və kiçikmiqyaslı bir araşdırmaya görə, qəhvə beynin toxunmaya və insanın öz bədən hərəkətlərinə verdiyi reaksiyanı tədricən dəyişdirə bilər.
Milli.Az xəbər verir ki, dünya miqyasında milyonlarla insan gümrahlığı artırmaq, yorğunluğu azaltmaq, diqqət və konsentrasiyanı yaxşılaşdırmaq üçün hər sabah bir fincan qəhvə içir. Gündəlik təxminən bir və ya iki fincan qəhvə kimi normal dozalarda 50-400 mq aktiv kofein maddəsi olur. Lakin daha yüksək dozada qəhvənin beynin toxunma qavrayışına tam olaraq necə təsir etdiyi indiyədək kifayət qədər araşdırılmamış bir mövzu idi.
Yeni araşdırmada normal və yüksək dozada kofeinin beynin spesifik bir prosesinə necə təsir etdiyi incələnib. Bu proses "qısamüddətli afferent inhibisiya" (SAI) adlanan üsulla qiymətləndirilir. Bu metodda biləyə yüngül elektrik şoku verildikdən qısa müddət sonra beyinə maqnit impulsu göndərilir:
Biləkdəki duyğu siqnalı qol boyunca yuxarı hərəkət edərək beynin somatosensor (hissiyyat) nahiyəsinə daxil olur.
Bir neçə millisaniyə sonra maqnit impulsu yaxınlıqdakı motor korteksə (hərəkət mərkəzi) təsir edərək baş barmağın səyriməsinə (titrəməsinə) səbəb olur.
Hərəkətləri rəvan və nəzarət altında saxlamaq üçün filtr rolu oynayan bu beyin mexanizmi, beynin hər bir toxunmaya həddindən artıq reaksiya verməsinin qarşısını alır. Əzələ səyriməsini sıxışdırmaq üçün beyindəki müəyyən kimyəvi ötürücülərin koordinasiyalı fəaliyyətinə ehtiyac yaranır.
Tədqiqatçılar 20 sağlam könüllüyə 200 mq kofein və ya plasebo (təsirsiz maddə) verərək bu filtrasiya prosesini izləyiblər. Alimlər qeyri-invaziv (orqanizmə daxil olmadan) üsulla, maqnit impulsları vasitəsilə subyektlərin motor korteksini stimullaşdırıb və beyinlərinin necə reaksiya verdiyini ölçüblər.
Nəticədə kofeinin, toxunma hissindən sonra beynin əzələ reaksiyasını məhdudlaşdırmaq (tormozlamaq) qabiliyyətini artırdığı aşkar edilib. Bu isə qəhvənin SAI sistemini gücləndirə bildiyini göstərir.
Elm adamlarının fikrincə, kofein beyindəki adenozin reseptor zülallarını bloklayaraq təsir göstərir. Bu reseptorların bloklanması, duyğularımızla əzələ hərəkətlərimizin birlikdə işləməsini idarə edən asetilxolin adlı kimyəvi ötürücünün (neyromediatatorun) artmasına səbəb ola bilər.
Tədqiqatçılar qeyd edirlər: "Bu tapıntı, donepezil kimi kolinerjik sistemi gücləndirən dərmanların da SAI-ı artırdığı barədə məlumatlarla üst-üstə düşür. Kofeinin təsiri onun kolinerjik sistemi tənzimləməsindən qaynaqlana bilər". Bu kəşf, maddənin fizioloji təsir mexanizmini anlamağa və bunun Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərlə necə bağlı ola biləcəyinə dair mühüm ipucları verir.
Alimlər gələcəkdə 400 mq-dan çox kofein istifadə etməklə daha böyük iştirakçı qrupu üzərində yeni araşdırmalar aparmağı planlaşdırırlar. Həmçinin vurğulanır ki, bu nəticələr işığında, fərdlər SAI tibbi müayinələrindən əvvəl kofein qəbulundan mütləq uzaq durmalıdırlar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
XƏBƏR LENTİ
-
Bu xəstəliklərin müalicəsi məcburidir, CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
-
Azərbaycanda zəlzələ oldu
-
Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
-
Bakıda hündürmərtəbəli bina YANIR - Yenilənib
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir
-
Abşeronun bəzi ərazilərinə dolu düşəcək
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
-
"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
80 yaşlı qadını ailəsi yorğana büküb yol kənarına ATDI - VİDEO
-
“Qalatasaray”ın müdafiəçisi “Yuventus”a transfer olunur
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Xalq artisti od PÜSKÜRDÜ: "Bakıda heç qoçular bunu etməyib!"
-
"Zirə" onu göndərdi
-
“ChatGPT”dən tarixi REKORD
-
"Onurğam üçün dəmirə çıxıb idman edirəm, "striptriz"dir DEYİRLƏR"





