26 mərtəbəli binanı 5 günə inşa etdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində adi yüksək mərtəbəli binaların tikintisi adətən aylar, hətta illərlə davam edir. Beton qat-qat tökülür, müxtəlif işçi briqadaları mərhələli şəkildə işləyir və layihələr tez-tez gecikir. Lakin 2024-cü ilin yanvarında Hunan əyalətinin Syanyin rayonunda tamamilə fərqli bir tikinti prosesi həyata keçirilib.
Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, təxminən 100 nəfərlik briqada əraziyə mobil və qüllə kranları ilə gəlib. Tikinti meydançasına böyük dəniz konteynerlərinə bənzər modullar gətirilib. Hər modul 12 metr uzunluğunda, 3 metr hündürlüyündə və 2,4 metr enində olub.
İşçilər bu modulları kranla qaldıraraq boltlarla bir-birinə bərkidiblər və onları üst-üstə yığaraq binanı formalaşdırıblar. Ənənəvi tikintidə olduğu kimi beton tökülməsi, kərpic işi və ya uzunmüddətli montaj prosesləri olmayıb.
7 yanvar 2024-cü ildə ilk modul yerləşdirilib, 11 yanvar tarixində isə artıq tam hazır 26 mərtəbəli yaşayış binası hazır vəziyyətə gətirilib. "Jingdu Holon Building" adlanan bu bina boş konstruksiya deyil - elektrik və su sistemləri əvvəlcədən hazır vəziyyətdə olub.
Layihəni həyata keçirən "Broad Group Holon" şirkəti 14 000 kvadratmetr yaşayış sahəsi yaradıb. Binada 208 mənzil əvvəlcədən mebel və daxili dizaynla təchiz olunub.
Sənaye üsulu ilə sürətli tikinti
Bu sürətin əsas səbəbi ənənəvi tikinti modelindən imtina edilməsidir. Şirkət mənzillərin böyük hissəsini zavodda hazır şəkildə istehsal edir və yalnız yerində yığır.
Hər modul paslanmayan poladdan hazırlanmış tam hazır blokdur. Zavodda elektrik xətləri, boru sistemləri və daxili təmir işləri əvvəlcədən tamamlanır, daha sonra modullar daşınır.
Məlumatlara görə, istehsal xətti hər 21 dəqiqədə bir modul hazırlaya bilir.
Şirkət beton əvəzinə "B-CORE" adlı çoxqatlı paslanmayan polad konstruksiyadan istifadə edir. Bu material həm korroziyaya davamlıdır, həm də seysmik dayanıqlığı artırır.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu texnologiya binaların zəlzələ zamanı daha elastik davranmasına imkan verir və dağıdıcı təsiri azaldır.
"1000 il ömür" iddiası
Şirkət rəhbərliyi binanın 1000 ildən çox davam gətirə biləcəyini iddia edir. Bu, hazırda sübut olunmamış bir proqnoz olsa da, paslanmayan poladın betonla müqayisədə daha uzunömürlü olması əsas kimi göstərilir.
Yaşayışa tam hazır mənzillər
Mənzillər 68 kvadratmetr sahəyə malikdir və zavoddan tam təmirli şəkildə çıxır. İstilik və səs izolyasiyası, enerji qənaətli ventilyasiya sistemi və xüsusi şüşə paketləri ilə təchiz olunub.
Sakinlər yalnız məişət texnikası gətirməlidirlər. Binada su filtrasiyası sistemi də quraşdırılıb və suyun birbaşa içməli səviyyədə olması təmin edilir.
Modul tikintinin gələcəyi
Layihənin əsas ideyası ondan ibarətdir ki, bina lazım olduqda sökülə və başqa yerə köçürülə bilər. Modullar yenidən yığıla bilir və bu, tikilini "mobil aktiv"ə çevirir.
Şirkət artıq ABŞ, Filippin və BƏƏ kimi ölkələrdə yeni layihələr planlaşdırır. Rəsmilərin fikrincə, bu texnologiya ilə hündürlük məhdudiyyəti yoxdur və gələcəkdə daha yüksək binalar tikilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Abituriyentlərin nəzərinə: iyulun 7-dən 20-dək...
-
Neslihan Atagül: "Kadir oğlumuza baxır, konsertə tək gəldim" - (Video)
-
Makronun eynəyi müzakirə yaratdı - (Foto)
-
Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi
-
Kyurasaonun qapıçısı onun dəstəyi ilə qəhrəmana çevrildi - (Fotolar)
-
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
-
Psixoloqlar daimi xoşbəxtliyin sirrini açdı: Bir hissəsi anadangəlmə imiş
-
Səsdən 2 dəfə sürətli uçan "Concorde" niyə tarixə qovuşdu? - (Video)
-
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
-
Tut yeməyin faydaları
-
Bir stəkan çay müalicəni puç edə bilər
-
Ülfət çimərlik geyimində fotolarını paylaşdı
-
DÇ-2026: İspaniya 1/4 finala yüksəlib
-
Futbolçular niyə içdikləri mayeni tüpürürlər? – Bunun elmi səbəbi var - (Video)
-
Bakıda avtomobil iki yerə bölündü - xəsarət alanlar var - Yenilənib (Video)
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun





