Rusiya

Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış - VİDEO

5 Fevral 2026 13:16
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xantı-Mansi muxtar dairəsində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "Shot" məlumat yayıb.

Məlumata görə, yanacaqdoldurma maşınının partlaması nəticəsində iki nəfər yaralanıb.

Hadisə Surqut rayonunun Solneçnı kəndindəki yanacaqdoldurma məntəqəsində baş verib. Həmin vaxt məntəqədə MAZ markalı yanacaqdoldurma maşını olub. Partlayış nəticəsində 150 ​​kvadrat metr ərazidə yanğın baş verib.

Zərərçəkənlər partlayış dalğası ilə onlarla metr uzaqlığa atılıblar; hazırda təcili yardım işçiləri onlara tibbi yardım göstərir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.