Rusiyanın Xantı-Mansi muxtar dairəsində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Milli.Az xəbər verir ki, bu barədə "Shot" məlumat yayıb.
Məlumata görə, yanacaqdoldurma maşınının partlaması nəticəsində iki nəfər yaralanıb.
Hadisə Surqut rayonunun Solneçnı kəndindəki yanacaqdoldurma məntəqəsində baş verib. Həmin vaxt məntəqədə MAZ markalı yanacaqdoldurma maşını olub. Partlayış nəticəsində 150 kvadrat metr ərazidə yanğın baş verib.
Zərərçəkənlər partlayış dalğası ilə onlarla metr uzaqlığa atılıblar; hazırda təcili yardım işçiləri onlara tibbi yardım göstərir.
Fidan
Milli.Az