Cəmiyyət

Həmin müəllimlə bağlı tədbir görüldü - VİDEO

7 Fevral 2026 23:35
Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində dərsə davamiyyətlə bağlı yayılan görüntülərlə bağlı məsələ nəzarətə götürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar: "Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib.

Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.

Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində "Təhsil verənlərin etik davranış qaydaları"nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.