Rusiyanın Çelyabinsk vilayətində adı açıqlanmayan müəssisənin işçiləri mühasibat səhvinə görə milyonçu olublar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, işçilərdən biri dekabr ayının maaşı əvəzinə kartında almalı olduğu 50 min rubldan (təxminən 837 manat - red.) 100 dəfə artıq pul alıb və bu, yeganə belə hadisə deyil.
"Bəzilərinə beş milyon, digərlərinə isə səkkiz milyon rubl pul köçürülüb. İşçilərin sevincinin həddi-hüdudu yox idi", - deyə jurnalistlər zavoddakı ab-havadan yazıblar.
Məlumata görə, xüsusilə məsuliyyətli şəxslər dərhal rəhbərləri ilə əlaqə saxlasalar da, hələ də pullarını necə geri qaytaracaqlarını bilmirlər.
Milli.Az