Rusiya

Putin: Ərdoğana dedik ki, əvvəlcə onlarla məşğul olun!

24 Oktyabr 2024 21:43
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli tərəfdaşlarımız vasitəsilə Ukrayna ilə danışıqlar üçün təkliflər aldıq və razılaşdıq, lakin ertəsi gün Vladimir Zelenski bundan imtina etdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammitində çıxışında deyib.

"Bu yaxınlarda Türkiyə prezidenti, cənab Ərdoğanın köməkçisi Nyu Yorkdan birbaşa zəng edib, danışıqlarla bağlı yeni təkliflərə baxılmasını xahiş etdi. Razılaşdım. Növbəti gün Kiyev rejimi anidən bizimlə heç bir danışıqlar aparmağa hazırlaşmadıqlarını söylədi. Biz isə türklərə söylədik: Dostlar, iştiraka görə çox sağ olun, əlbəttə... Lakin siz əvvəlcə müştərilərinizlə razılaşdırın: İstəyirlər, ya yox?! Qoy, birbaşa desinlər", - deyə Kreml rəhbəri bildirib.

O, həmçinin 2022-ci ildə Ukrayna ilə danışıqlar platformasına görə Ərdoğana minnətdar olduğunu söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.