Rusiya

Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirildi

25 Dekabr 2023 21:25
Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin ölkədə xarici vətəndaşların deportasiyası üçün yeni qaydalar müəyyən edən qanunu imzalayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərc olunduğu portalda yerləşdirilib.

O cümlədən bu qanun deportasiya edilməli olan şəxslərin xüsusi müəssisələrdə saxlanmasına aiddir. İnzibati Xətalar Məcəlləsinə (İXM) ediləcək dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin belə yerlərdə saxlanılması 90 gündən çox ola bilməz.

Bundan əlavə, sənəd nəzarət orqanlarına deportasiyanı digər sanksiyalarla əvəz etmək hüququ verir. Əcnəbilərdən 50 min rubla qədər cərimə ödəmək və ya 200 saata qədər məcburi iş görmək də tələb oluna bilər.

Qanun deportasiya qərarına bir neçə amilin təsir edəcəyini göstərir. Bunlara əcnəbinin peşəsi, ailə vəziyyəti və gəlir səviyyəsi, habelə Rusiya pasportu almaq üçün sənədlərin təqdim edilməsi faktı daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.