Rusiya

Toya basqın - 5 azərbaycanlı tutuldu

31 Oktyabr 2023 15:26
Baxış: 1 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bununla bağlı videogörüntülər "Telegram" kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar. 

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir. 

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.