Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib.
Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.
Zəlzələnin episentrinin dərinliyi 58,3 km olub.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Milli.Az





