Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı müğənni Filipp Kirkorovu rəsmi şəkildə axtarışa elan edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin məlumatları hüquq-mühafizə orqanlarının axtarışda olan şəxslər üzrə elektron bazasına daxil edilib.
Məlumata görə, Filipp Kirkorov hələ oktyabrın 30-da axtarışa verilib. Lakin bununla bağlı məlumat ictimaiyyətə yalnız bu gün təqdim olunub.
Xəbərdə bildirilir ki, məsələ ilə bağlı məlumat Ukrayna hökumətinə yaxın mənbələrə istinadla yayılıb.
Hüseyn
Milli.Az





