Rusiya

Priqojinin ölümü Putini zəiflətdi - Reznikov

26 Avqust 2023 10:18
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner"in təsisçisi Yevgeni Priqojinin ölümü sübut etdi ki, Rusiya diktatoru Vladimir Putinə etibar etmək olmaz.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Priqojinin ölümü Putini zəiflətdi. Çünki bu, bütün dünyaya göstərdi: o, kiminləsə hansısa müqavilə bağlamaq qərarına gəlir və razılaşmanı poza bilirsə, deməli, ona etibar etmək olmaz.

Bir il əvvəl ciddi qüvvə sayılan "Vaqner" əslində artıq yoxdur. Onlar məğlub olublar", - Reznikov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.