Rusiya

Medvedyev: Polşa – işğalda olan ərazimizdir!

16 May 2023 15:24
Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal münaqişədə Rusiya deyil, müstəsnalıq iddiaları ilə çıxış edən NATO ölkələrinin siyasəti itirdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzması ilə bağlı şərhinə cavab olaraq deyib.

Medvedyev bildirib ki, bir il əvvəl NATO ölkələri təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyaya "vaxtı olmadığı üçün" qulaq asmadı:

"İndi isə bütün NATO-ya üzv ölkələr gecələr yatır və səhərlər Rusiyanı düşünərək oyanırlar. Üstəlik, müvəqqəti olaraq işğal olunmuş Polşa və Baltikyanı əyalətlərimiz kimi xüsusilə qorxaq və xəyali ağrılardan əziyyət çəkənlər özlərini çox çirkləndirdilər".

Qeyd edək ki, Makron "L'Opinion"a müsahibəsində Rusiyanın artıq geosiyasi baxımdan Ukraynaya qarşı müharibəni uduzduğunu və indi Çinin vassal dövlətinə çevrildiyini demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.