Siyasət

Ermənistandan demarkasiya və delimitasiya prosesi barədə - Açıqlama

2 Oktyabr 2021 08:38
0 Şərh     Baxış: 854

"Bakı hazırdırsa, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib:

"Ermənistan sərhədlərin demarkasiyasına hazırdır. Əgər Azərbaycanda ciddi hazırlıq varsa, düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə irəliləyə və demarkasiya və delimitasiya prosesinə başlaya bilərik. Ermənistanla Azərbaycan arasında mövcud olan bu məsələyə aydınlıq gətirə bilərik və sonra qalan bütün məsələlərin hamısını həll etməyə çalışacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.