Siyasət

Lələtəpə bizim üçün əsl cəhənnəm oldu - Nazaryan

1 Aprel 2021 20:53
Baxış: 1 519

Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı Lələtəpə əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.

Milli.Az caliber.az-a istinadən bidirir ki, bunu erməni politoloq Qeqam Nazaryan deyib.

"Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik", - Nazaryan bildirib.

Qeyd edək ki, Lələtəpə əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın Baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sərkisyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.