Siyasət

​Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib - FOTO

31 Mart 2021 09:59
Baxış: 1 161

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: "Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək".

O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory