Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olundu, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edildi.
Ədliyyə Nazirliyindən Milli.Az-a bildirilib ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov xarici həmkarlarına yeni müraciət ünvanlayıb.
Müraciətdə döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanın faktiki kapitulyasiyası və bununla qalan torpaqlarımızı siyasi yolla qaytarmağa məcbur olması qeyd edilərək, düşmənin işğal dövründə ərazilərimizdə törətdiyi vəhşiliklərə, beynəlxalq humanitar hüquqa zidd digər qanunsuz əməllərinə diqqət cəlb olunub.
Həmçinin bildirilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynamış və Zəfər yürüşündə Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymamağın, təcavüzkar siyasətini davam etdirməyin və özgə torpaqlarını işğalda saxlamağın daha mümkünsüz olduğunu dərk edərək öz məğlubiyyətini etiraf etmək məcburiyyətində qalmışdır.
44 gün sürən hərbi əməliyyatları uduzmağı ilə barışan Ermənistan noyabrın 10-da Birgə Bəyanata imza ataraq işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması və torpaqlarımızın qısa müddətdə boşaldılması öhdəliyini üzərinə götürmüşdür. Bəyanatda həmçinin, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına geri qayıtması nəzərdə tutulmuşdur.
Nazir Ermənistanın işğala son qoyaraq torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, ölkə Prezidenti cənab İlham Əliyevin sülhün tərəfdarı olaraq hərbi əməliyyatları dərhal dayandırdığını vurğulayıb. Bununla tarixi ədalətin qələbə çalaraq BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətnamələrinin icra edildiyini qeyd edib. Böyük təəssüflə bildirib ki, buna Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, habelə Ermənistanın bütün beynəlxalq humanitar hüquq və əxlaq normalarını kobud pozaraq davamlı və məqsədli şəkildə dinc əhalini, o cümlədən qadın və uşaqları hədəf almaqla 500 nəfərədək mülki insanın tökülən qanı bahasına nail olunub.
Müraciətdə Bəyanatın icrası çərçivəsində dekabrın 1-də işğal olunmuş sonuncu - Laçın rayonunun sülh yolu ilə, qan tökülmədən azad olunması ilə bağlı məlumat verilərək artıq müharibənin arxada qaldığı, ölkəmiz üçün yeni quruculuq, inkişaf dövrünün başlanıldığı qeyd edilib.
Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizi bərpa etmək üçün nəhəng işlər görülməlidir, çünki təcavüzkar düşmən Cenevrə Konvensiyasının 1977-ci il Protokolu ilə qadağan edilməsinə baxmayaraq, işğal etdiyi torpaqlarımızı viran edərək arxasında sözün əsl mənasında "yandırılmış torpaq" qoyub, o cümlədən həmin ərazilərdə xalqımızın tarixi və mədəni irsini, demək olar ki, tamamilə məhv edib.
Lakin dünyada sülhsevər, tolerant ölkə kimi tanınan Azərbaycan dövlətinin və xalqının dağıdılmış şəhərləri, kəndləri həmrəyliklə bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəyi, bölgədə qonşuluq şəraitində dinc yaşamaq üçün yaxşı imkanların, yeni təhlükəsizlik, əməkdaşlıq formatının yaranması qeyd olunub.
Ədliyyə naziri son 30 ildə Azərbaycan xalqının, o cümlədən 750 minə yaxın məcburi köçkün vəziyyətdə yaşayan soydaşlarımızın, qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacağını, bölgəmizdə bundan sonra firavanlıq və təhlükəsizliyin hökm sürəcəyinə ümidvar olduğunu vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
Bakıda Formula 2 sprint yarışına start verilib - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq





