Siyasət

Füzulidə onlar ölülərlə döyüşürdü - "Dojd" telekanalının reportajı - VİDEO - FOTO

1 Dekabr 2020 08:08
Baxış: 4 430

Rusiyanın "Dojd" telekanalı "Burada və İndi" layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırdakı görüntülərini yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, reportajda jurnalist Vladimir Romenskiy burada tutqun bir mənzərənin hökm sürdüyünü söyləyir: hər yerdə dağılan binalar, vurulmuş hərbi texnika, erməni hərbçiləri tərəfindən tərk edilmiş döyüş sursatları.

Reportajda 1890-cı ildə inşa edilmiş və hazırda dağıdılmış Hacı Ələkbər məscidinin görüntüləri yer alıb, məscidin yalnız divari qalıb.

Ardınca qəbiristanlığın görüntüləri gəlir. Müxbir bildirir ki, burada qəbirdaşları dağıdılıb.

Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar: "Onlar ölülərlə döyüşürdü".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.