Siyasət

Trüdo və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

6 Noyabr 2020 10:17
Baxış: 1 129

Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kanada hökuməti başçısının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bundan əlavə, iki ölkə lideri arasında Kanada və Fransa arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.