Siyasət

"Ermənilərin uşaq bağçasında hərbi toplantı keçirməsi müharibə cinayətidir"

4 Noyabr 2020 19:38
Baxış: 2 077

Qondarma rejimin "prezidenti" Araik Arutyunyanın uşaq bağçasında hərbi qərargahın toplantısını keçirməsi müharibə cinayətidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov deyib.

O bildirib ki, bu hadisə beynəlxalq konvensiyalara ziddir: "Ermənilər hiyləgərliklə bu üsula əl atırlar. Çünki onlar bilirlər ki, Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə, xüsusən də uşaq bağçaları, məktəblərə atəş açmır. Araik Arutyunyan da buna görə hiyləgərlik edib təhlükəsizliyinə zəmanət məqsədilə uşaq bağçasında qərargah yaradır. Bu isə birbaşa müharibə cinayətidir".

Ə.Həsənov qeyd edib ki, həmçinin ermənilər doğum evindən də hərbi obyekt kimi istifadə edirlər: "Bununla bağlı videolar da yayılmışdı. Ermənilər doğum evini hərbi hospital kimi istifadə edirlər. Müharibə qaydalarına görə, hərbi hospital kimi istifadə edilən obyektdə mülki şəxslər ola bilməz, bu qadağandır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.