Siyasət

"Amnesty International" və "Human Rights Watch"un qərarları Ermənistanın müharibə qaydalarını pozduğunu bir daha təsdiqlədi" - Hüquqşunas

30 Oktyabr 2020 13:40
Baxış: 1 125

"Amnesty International" və "Human Rights Watch"un qərarları Ermənistanın müharibə qaydalarını pozduğunu bir daha təsdiqlədi. Bu qərarlar çox pozitiv qarşılanmalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşunas Əlməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, nəhayət dünya ictimaiyyəti və ayrı-ayrılıqda müxtəlif təşkilatlar Azərbaycanın səsini eşitməyə başlayıb:

"Çox təsüf ki, bu günə kimi Azərbaycanın işğal olunmuş ərazilərdə vətəndaşların mülkiyyət hüquqlarının məhv edilməsi ilə bağlı hər hansısa bir beynəlxalq təşkilatlardan fikirlər səsləndirilməmişdir. Münaqişə başlanandan sonra da ermənilər legitim hərbi hədəflərə yox, mülki obyektlərə və vətəndaşlara münasibətdən kültəvi qırğına səbəb olan silahlardan istifadə etmişdi. Düşmən uzun mənzilli və kaset tipli raketlərdən istifadə edərək, bütövlükdə humanitar hüququn pozulması istiqamətində geniş addımlar atmışdı. Ancaq beynəlxalq təşkilatlar buna da səssiz qalmışdılar.

Nəhayət ki, Amnesty İnternational Bərdə şəhərinə gələrək orada müəyyən tətqiqatlar apardılar. Nəticədə məlum oldu ki, Ermənistan tərəfindən kasetli bomlar istifadə olunub. Daha sonra "Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib.

Bildiyimiz kimi kasetli bombalar qadağan edilmiş silahlar siyahısındadır. Belə ki, onlar kütləvi qırğın yaradır və hüquqa görə belə silahlar qadağan edilib. Bütün hallarda da bu silahdan istifadə edən tərəf məsuliyyətə cəlb olunmalıdır. Çünki bu, müharibə qaydalarının pozulmasıdır və bu cür silahdan istifadə etmək bütün qanunların pozulması deməkdir".

Ə. Nuriyev qeyd edib ki, "Amnesty International" və "Human Rights Watch"-un qərarı həm də yeni bir imkan yaradacaq ki, Azərbaycan beynəxalq hüquq müdafiə təşkilatları ilə əlaqərini yeni və keyfiyyətli formada qursun:

"Bundan sonra da qarşıda görüləcək bir xeyli işlər var. Belə ki bu günə qədər bir çox azərbaycanlıların mülkləri ermənilər tərəfindən yandırılıb. Orada ekoloji tərəfdən mülkiyyətə böyük ziyanlar vurulub. Şübhəsiz ki, bunların hamısının hesablanması və qeydə alınması məsələsi var. Hesab edirəm ki, beynəlxaq təşkilatlar bu məsələdə də rəsmi münasibət bilirə bilərlər və bu istiqamətdə əməkdaşlığımız mümkündür. Bizim öz qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətimiz və dövlət orqanları da yaxından əməkşlıq üçün bu istiqamət işlərin görülməsi arzu olunandır".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.