Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı daha sonra Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırıb. Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: "Mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
-
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
"Samara" vəfat etdi - (Foto)
-
5 nəfərlik oğurluq şəbəkəsi ifşa olundu - (Video)
-
Seda Sayan: "Oğlumun evinə arvadından icazə alsa, gedə bilərəm"
-
“Nə çəkibsə, əcəb eləyib” - Fərhad Mehdiyev
-
Zvane 3 oyunluq cəzalandırılıb
-
Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi
-
Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - (Foto)
-
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
-
Sosial şəbəkədə qadınlara əxlaqsız təklif: "Oğlanlarla söhbət etməyə görə pul verilir" (Video)
-
"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal oldu (Foto)
-
Ruhinin dəbdəbəli villasının görüntüləri
-
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)





