"Cəbhədə erməni təxribatlarının miqyası artacaq"
Təxribatların sayı artacaq. Çox güman ki, miqyası da artacaq.
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə son iki gündə ermənilərin Tovuzla sərhəddə yenidən təxribat cəhdləri, aktivləşmələrini şərh edərkən deyib.
"Ermənistanın əsas məqsədi digər oyunçuların da diqqətini regionumuza cəlb etməkdir. Digər iştirakçıları deyəndə daha çox Rusiyanı nəzərdə tuturduq. Amma son olaylar onu göstərir ki, erməni rəhbərləri, xüsusilə də Nikol Paşinyanın tapşırığı ilə xarici işlər naziri canfəşanlıq göstərir. Deməli, o, Yunanıstanla, Kiprlə, indi də gedib Misirlə danışıqlar aparır. Onlara bu təxribatlar lazımdır. Bu təxribatlar onlara ona görə lazımdır ki, desinlər ki, baxın, Azərbaycan Ermənistan ərazisini atəşə tutur, orada müxtəlif aqressiv planlarını həyata keçirmək niyyətindədir, bizə dəstək verin.
Bu təxribatlardan xarici diplomatiyada öz məqsədləri üçün istifadə edirlər, özləri üçün belə bir fon yaradırlar ki, guya ki, Azərbaycan Ermənistana qarşı bu aqressiv planlarını həyata keçirməmək üçün onlara dəstək lazımdır. Rusiyanın silahlarının Ermənistana daşınması ilə bağlı müəmmalı məsələlər də çoxdur. Amma yəqin ki, bu dəstək ermənilərə kifayət etmir, onlar daha da böyük dəstək istəyirlər. Tovuz hadisələri göstərdi ki, ermənilərə real dəstək verənlər az idi. Onlar bu vəziyyəti dəyişdirmək istəyirlər və bu dəstəyi əldə etmək istəyirlər".
Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd ediblər. Belə ki, dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub. Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Azərbaycan ordusunun giziri Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





