Prezident İlham Əliyev Marqerita Kostanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Marqerita Kosta "Dostluq" ordeni ilə təltif edilib.
Milli.Az