Siyasət

Putin Trampla Azərbaycan haqda nə danışıb? - VİDEO

20 Noyabr 2025 10:50
Baxış: 579

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Amerika-Səudiyyə biznes forumunda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatını açıqlayıb.

Milli.Az xəbər verir ki,  ABŞ lideri bəyan edib ki, Putin onunla Azərbaycan və Ermənistan arasındakı gərginlikdən danışıb və Trampın bu problemin həllində uğur qazanmasından təəccübləndiyini bildirib.

"Azərbaycanda... Bu problem uzun illərdir davam edirdi. Putin mənə zəng edib dedi: "Bu münaqişəni necə həll etdiniz? İllərlə çalışdıq, alınmadı".. Ona dedim: "Buna görə narahat olma. İcazə verin, sizin lənətə gəlmiş müharibənizi - Ukraynada apardığınız müharibəni də həll edim. Mənə kömək lazım deyil; yalnız müharibənizdə mənə kömək edin".

Trampın çıxışı Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.

Fidan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.