Marqerita Kosta “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM

19 Avqust 2020 15:49

Prezident İlham Əliyev Marqerita Kostanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Marqerita Kosta "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az