Qlobal sistem çökdü: Trampın tarif şoku dünya ticarətinin zəif həlqələrini üzə çıxarır
Bu məqalə Baku Network üçün beynəlxalq ticarət və qlobal iqtisadi təhlükəsizlik sahəsində Şərqi Asiyanın ən hörmətli analitiklərindən biri, yapon mütəxəssisi Kendzi Mori tərəfindən xüsusi olaraq hazırlanıb. Onun araşdırmaları uzun illərdir ABŞ-ın aparıcı beyin mərkəzlərində - Brookings, Carnegie, CSIS və Atlantic Council kimi qurumlarda dərc olunub və istinad mənbəyi kimi qəbul edilir. Mori siyasi və iqtisadi dairələrdə ABŞ və Asiyanın strateji maraqlarını dərindən anlaması, həmçinin qeyri-sabitlik dövrlərində dünya bazarlarının davranışını modelləşdirmə qabiliyyəti ilə tanınır.
Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bu dəfə Baku Networkun dəvəti ilə qələmə aldığı məqaləsində Mori, Tramp administrasiyasının yeni tarif siyasətinin qlobal ticarətdə yaratdığı əsaslı dəyişiklikləri təhlil edir. O, məsələni publisistik emosionallıqdan uzaq, institusional məntiq və uzunmüddətli iqtisadi təsirlər prizmasından dəyərləndirir. Mori üçün bu dəyişikliklər tək-tək qərarların ardıcıllığı deyil, yeni ticarət nizamının formalaşmasıdır - dövlətlər risklə imkan arasında tarazlıq axtarır, strategiyalarını yenidən qurur və dünya ticarət arxitekturasında öz yerlərini yenidən müəyyənləşdirirlər.
Bu məqalə müstəqil tədqiqat xarakteri daşıyır - analitik cəhətdən dəqiq, strukturlu və ABŞ-ın aparıcı tədqiqat mərkəzlərinin standartlarına uyğun. Elə buna görə də o, qlobal iqtisadiyyatın transformasiyası barədə gedən diskussiyalara ciddi töhfədir.
Trampın qayıdışı və qaydaların dağılması
Donald Trampın Oval kabinetə qayıdışı dünya ticarət sistemini kökündən silkələdi. İkinci Dünya müharibəsindən bəri formalaşmış qaydalar yerini sərt, ikitərəfli ticarət siyasətinə verir. ABŞ-da orta tarif səviyyəsi bir il ərzində 2 faizdən 16 faizə qalxdı - bu, 1930-cu illərdən bəri görünməmiş sıçrayışdır. Yeni tarif mühiti geniş bir "turbulentlik zonasını" formalaşdırır: çoxlu itirənlər və azsaylı, ehtiyatlı qaliblər.
Dünya indi elə bir mərhələyə girir ki, qlobal ticarətin tektonik plitələri bir neçə istiqamətdə eyni vaxtda hərəkətə gələ bilər. Biz üç əsas trayektoriyanı analiz edirik - ABŞ ilə Çin arasında gərginliyin yumşalması, "anti-Çin koalisiyasının" qurulması və "Şimali Amerika Qalası" ssenarisi. Hər bir halda sual budur: əvvəllər ÜTT qaydalarına güvənən kiçik, açıq iqtisadiyyatlar bu yeni reallıqda necə yol tapacaq?
Ən sərt ssenari - Çin ixracının artıq güclərinə qarşı vahid cəbhədir. Modellər göstərir ki, 2030-cu ilə qədər Çin ÜDM-i 4 faiz azalacaq. ABŞ isə böyük oyunçular arasında xarici asılılığı ən az olan ölkə kimi itkiləri 1 faizdən aşağı saxlaya bilir.
Cənubi Koreya, Sinqapur və İsveçrə kimi kiçik, açıq iqtisadiyyatlar ən ağır zərbələrdən yayınır - əgər onlar cavab tarifləri tətbiq etməsələr və sərt ittifaqlara qoşulmasalar. Əksinə, ABŞ və Çin ticarət əlaqələrinin bir hissəsini kəssə, kiçik ölkələr qırılmış zəncirlərin yerini tuta bilsələr, az da olsa, azad ticarət şəraitinə nisbətən üstün mövqeyə çıxa bilərlər.
Proteksionizmin qayıdışı
ABŞ-da liberal ticarətdən proteksionizmə keçid artıq faktdır. Bəzi məhsullar üzrə tarif artımı sözün əsl mənasında uçurumdur: Hindistan geyimlərinə və Braziliya qəhvəsinə plus 50 faiz, Çin alüminiumuna isə plus 60 faiz. Ən çox zərbə alan ölkələr - Braziliya, Hindistan və Çin - ABŞ-ın sektor və "güzgü" tariflərinə əlavə cərimə faizi də tətbiq etdiyi dövlətlərdir.
Amma mənzərə yekcins deyil. Meksika və Kanada USMCA mexanizmləri sayəsində demək olar ki, tam qorunur. Aİ və Yaponiya, ABŞ-la yüksək ticarət profisitinə baxmayaraq, Britaniya səviyyəsinə yaxın şərtlər əldə edib - Britaniya isə profisit olmasa da, Vaşinqtonla güclü siyasi bağları hesabına balans saxlayıb.
Vyetnam, Tailand və Malayziya kimi bəzi Asiya ölkələri ABŞ-la razılaşmalar imzalayıb, lakin yenə də təxminən 20 faizlik tariflə üzləşir. Cənubi Koreya ən yaxşı rejimi qazanıb, amma bunun əvəzində böyük investisiya öhdəlikləri götürüb. İsveçrə isə əksinə, təxminən 39 faizlik tariflərlə ən yüksək göstəricilər arasında yer alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Alen Simonyan "Sülh Körpüsü" iştirakçıları ilə görüşüb - (Video/Foto)
XƏBƏR LENTİ
-
Qəbir daşını kreditlə qoymaq günahdırmı?
-
Kim Çen In bakılı müğənni ilə bir arada - (Foto)
-
Şənbə günü 5 dərəcə şaxta olacaq - Proqnoz
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
“Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib - (Foto)
-
Mediada bu hallara son qoyulmalıdır - Mətbuat Şurasından bəyanat
-
Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi
-
Milli Məclisdə iclas başlayıb - Gündəlikdə 10 məsələ var
-
Bakıda 66 min manat maaşlı iş təklif olunur
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi
-
Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız
-
Pensiyaçılara nə qədər əlavə pul veriləcək?
-
Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırdı - Ali Məhkəmədən qərar





