Siyasət

Milli Məclisin növbədənkənar iclası başa çatdı

6 Avqust 2020 14:13
Baxış: 1 174

Milli Məclisin növbədənkənar iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Deputatlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında", "Məşğulluq haqqında", "İşsizlikdən sığorta haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə edərək ikinci oxunuşda qəbul ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.