Siyasət

Latviya Seyminin deputatları Ermənistanın təxribatlarını qınadı

23 İyul 2020 16:15
Baxış: 741

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilmiş son erməni təxribatları Latviya Seyminin deputatları tərəfindən qınanılıb.

Azərbaycanın Latviyadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, bu barədə Latviya Seyminin Azərbaycan Parlamenti ilə Əməkdaşlığın Təşviqi Qrupunun üzvləri (15 nəfər) adından AR Milli Məclisinin Azərbaycan - Latviya Parlamentlərarası İşçi Qrupuna ünvanlanmış açıq məktubda "Ermənistan tərəfinin ağıq artilleriya atəşi nəticəsində hərbi qulluqçularımızın həlak olması" ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verilmişdir. Həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində yaşanan hərbi eskalasiya ilə əlaqədar ciddi narahatlıq ifadə edilərək, tərəflər sülh danışıqlarını bərpa etməyə çağırılmışlar.

Daha sonra dostluq qrupunun üzvləri "Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal edildiyini" xüsusi vurğulayaraq, "insanların öz tarixi torpaqlarına qayıtmasına imkan yaradacaq bu torpaqların azad edilməsində qonşu Ermənistanın aktiv rol oynayacağına" ümidvar olduqlarını bildirmişlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.