Siyasət

AŞ PA-nın prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə cavab verib

17 İyul 2020 20:15
Baxış: 1 343

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.

Milli məclisdən Milli.Az-a bildirilib ki, AŞ PA prezidenti bildirib ki, bu məsələ AŞ PA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

AŞ PA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞ PA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Məktubda daha sonra qeyd edilir: "Tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.