“Genişmiqyaslı müharibə başlaya bilər” - Polad Bülbüloğludan sərt xəbərdarlıq
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərin böyük toqquşmalara çevrilə biləcəyini istisna etməyib.
Milli.Az oxu.az-a istinadən əbər verir ki, "Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər yeni və sensasiyalı hadisələr deyil. Azərbaycan Prezidenti İlham Əliyev də, mən də dəfələrlə vurğulamışıq ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Söhbət yalnız Dağlıq Qarabağdan getmir, söhbət ondan getmir ki, kimsə erməni əsilli insanları oradan qovmaq istəyir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Siz necə düşünürsünüz, infrastrukturu inkişaf etmiş, zəngin, 10 milyonluq ölkə öz ərazilərinin sonsuza qədər işğalda qalmasına imkan verəcək? Axı, bu mümkün deyil", - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qovorit Moskva" radiostansiyasına müsahibəsində deyib.
Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir.
Bu baxımdan Polad Bülbüloğlu bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını da istisna etməyib:
"Azərbaycan ərazisi işğalda saxlanılana qədər bu cür hadisələr qaçılmazdır. Biz bu barədə 2016-cı ildə, aktiv hərbi əməliyyatlar baş verən zaman da demişik. Təəssüf ki, böyük ölkələr, qonşularımız bu münaqişəni dondurmağa çalışır ki, o, qeyri-müəyyən müddətədək davam etsin. Danışıqlar danışıqların aparılması naminə gedə bilməz. Müzakirələr nəticə verməlidir. Danışıqlar nəticə verməsə, təbii ki, hərbi əməliyyatlar olacaq. Buna görə, mövqeyimizi birdəfəlik anlamaq lazımdır. Biz bunu dəfələrlə demişik ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir, onlar Azərbaycan ərazisindədirlərsə, belə toqquşmalar davam edəcək və bir gün bütün bölgə üçün fəlakətə səbəb ola biləcək genişmiqyaslı müharibəyə çevrilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı





