Siyasət

Bu günlərdə vətəndaşlara göstərilən qayğı Sizin nə qədər güclü lider olduğunuzu nümayiş etdirir - Masallı sakinləri Prezidentə yazırlar

17 May 2020 13:38
Baxış: 1 166

Bu günlərdə vətəndaşlara göstərilən qayğı Sizin nə qədər güclü lider olduğunuzu nümayiş etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Masallı rayonunun sakinləri Bəhram Yaqubov, Simran Əliyev, Aydın Nuralıyev, Ülfət Məmmədov, Kinəxanım Əliyeva, İlkin Ağayev və Raci Məmmədov Prezident İlham Əliyevə ünvanladığı məktubda deyirlər:

Məktubda qeyd edilir:

"Hörmətli cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində Azərbaycan bu gün pandemiyadan ən az zərər çəkən ölkələrdən biridir. Çünki Sizin müdrik idarəçiliyiniz sayəsində ölkəmizdə bu bəlaya qarşı vaxtında səmərəli tədbirlər görüldü. Sizin və Mehriban xanımın xalqa müraciətləriniz hamını səfərbər etdi. Xüsusi karantin rejiminin tətbiqi, bu müddətdə evdə qalan şəxslərin maaşlarının verilməsi, bu mübarizədə zəhməti olan hər kəsin əməyinin qiymətləndirilməsi Sizin humanistliyinizdən irəli gəlir.

Cənab Prezident, Azərbaycan xalqı yaranan çətinliklərin öhdəsindən həmişə gəlib. Ölkəmizdə böyük uğurların əsas səbəbi liderlə xalqın birliyidir. Ən çətin vaxtlarda lider öz xalqının, vətəndaş isə öz liderinin yanındadır. İnanırıq ki, tezliklə bu narahat günlərimiz arxada qalacaq, rəhbərliyinizlə bu bəladan xilas olacağıq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcək. Bu günlərdə vətəndaşlara göstərilən qayğı Sizin nə qədər güclü lider olduğunuzu nümayiş etdirir. Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.