Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva: Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərinminnətdarlığımı bildirirəm! - FOTO

17 Aprel 2020 00:22
Baxış: 1 804

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Gürcüstanın Azərbaycanla həmrəyliyi çərçivəsində Tbilisidə teleqüllənin Azərbaycan bayrağı ilə işıqlandırılması ilə bağlı paylaşım edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi - dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.