Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Gürcüstanın Azərbaycanla həmrəyliyi çərçivəsində Tbilisidə teleqüllənin Azərbaycan bayrağı ilə işıqlandırılması ilə bağlı paylaşım edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:
"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi - dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!"
Milli.Az