Siyasət

"İtaliya Azərbaycanın dünyada rolunu bilir və apardığı siyasəti yüksək qiymətləndirir"

23 Fevral 2020 14:57
Baxış: 916

Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" müstəsna əhəmiyyət daşıyır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, bu sənədin imzalanması o deməkdir ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər, strateji tərəfdaşlıq müxtəlif istiqamətlərdə inkişaf edəcək:

"Sənədin adından da göründüyü kimi ölkələr bir-birini strateji tərəfdaş olaraq qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Bu səbəbdən də sənəd çoxölçülü, çoxşaxəli tərəfdaşlığın, müxtəlif sahələrdə - siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət, xalqlararası təmaslar və sair sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir. Xüsusilə siyasi-iqtisadi, humanitar və kənd təsərrüfatı sahələrinə önəm verilir. Bu onu göstərir ki, İtaliya Azərbaycanın dünyada rolunu bilir və apardığı siyasəti yüksək qiymətləndirir.

İmzalanan sənəd onu göstərir ki, iki ölkə arasında münasibətlər bundan sonra da artan xətt üzrə inkişaf edəcək. Çünki, İtaliya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf etmiş səviyyədədir. İtaliya Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən ölkədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.