Siyasət

İran Azərbaycanla elektron koridor üzrə müzakirələr aparır

26 Yanvar 2020 14:52
Baxış: 855

İran Azərbaycan və Gürcüstanla elektron koridor üzrə müzakirələr aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və İranın Gömrük Administrasiyasının sədri Mehdi Mirəşrəfi mətbuat konfransında deyib.

M.Mirəşrəfinin sözlərinə görə, İran Şimal-Cənub Dəhlizinin elektronlaşması istiqamətində çalışır.

Mirəşrəfi əlavə edib ki, növbəti mərhələdə Rusiya və Hindistan da bu layihəyə əlavə olunacaq.

Nazir müavini bildirib ki, ötən iki il ərzində İran Azərbaycan və Türkiyə ilə E-TIR layihəsini icra edib.

İranın gömrük rəsmisi deyib ki, E-TIR konvensiyası şərqə doğru irəliləməkdədir. İran Şərq-Qərb dəhlizində yerləşdiyinə görə, bu konvensiyanın yaratdığı imkanlardan istifadə etmək üçün addımlar atıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.