Siyasət

Bəzi bloqerlər məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər - Mikayıl Rəhimov

23 Dekabr 2019 15:19
Baxış: 712

Bəzi bloqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqer arasında narazılıq yaranıb, seçici bloqerin onu çəkməsinə etiraz edib: "Bəzən bloqerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər".

MSK rəsmisi əlavə edib ki, ümumilikdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var: "Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.