Siyasət

XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb

17 Aprel 2019 10:57
Baxış: 671

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, bu xüsusda, Nazirlik tərəfindən "Twitter" sosial şəbəkəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən "Armenian Occupation Watch" (https://twitter.com/ArmenOccupWatch) adlı hesab yaradılıb. Sözügedən "Twitter" hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.

Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə birbaşa və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.